Alonso: “Heç bir bəhanə gətirə bilmərik”

Xəbərlər
27 Sentyabr 2025 21:55
38
Alonso: “Heç bir bəhanə gətirə bilmərik”

Baş məşqçi Xabi Alonso “Real Madrid”in “Atletiko” qarşı oyunundan narazı qalıb.

İdman.biz bildirir ki, qarşılaşma 5:2 hesabı ilə “Atletiko”nun xeyrinə qurtarıb.

“Pis oyun oldu. Komanda olaraq yaxşı oynamadıq. Lazımi səviyyədə deyildik. Biz komandanın qurulması prosesindəyik. Bu gün ilk məğlubiyyətimizi aldıq və baş verənlərdən nəticə çıxarmalıyıq.

Ancaq heç bir bəhanə gətirə bilmərik. Oyunda tempimiz çatışmırdı. Sərbəst zonalara ötürmələr etmirdik, oyunumuz alınmırdı. Bütövlükdə zəif oynadıq və layiqli məğlubiyyət aldıq”, - “Real Madrid”in baş məşqçisi bildirib.

İdman.biz