Azərbaycan idmançısından Dünya kubokunda 2 QIZIL MEDAL

Xəbərlər
11 May 2025 16:20
117
Azərbaycan idmançısından Dünya kubokunda 2 QIZIL MEDAL

Azərbaycanın parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iki qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, gənclər arasında yarışan 19 yaşlı idmançımız 88 kq çəkidə mübarizəyə qoşulub.

O, həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medallar əldə edib.

İdman.biz