Ayda-ildə bir qol – o da mükafata layiq

Xəbərlər
10 May 2025 16:24
154
Ayda-ildə bir qol – o da mükafata layiq

Azərbaycan çempionatında “Ayın qolu” layihəsinin qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, PFL-in mətbuat xidməti aprelin ən yaxşı qolları ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.

Misli Premyer Liqasında David Qomis 1-ci olub. “Səbail”in legioneri 7 səs toplayıb. Aprelin 11-də “Qarabağ”la evdəki oyunda (1:4) fərqlənən yarımmüdafiəçi mövsümdə yeganə qoluna görə mükafatlandırılacaq. Onun komanda yoldaşı Süleyman Aliuş və “Zirə”nin futbolçusu Junior Martins hərəyə 2 səs toplayıblar.

I Liqada MOİK-in futbolçusu İbrahim Əliyev mükafat alacaq. II Liqada isə səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Füzuli”nin futbolçusu Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.

İdman.biz