Azərbaycan dünya çempionatına 1 ağırlıqqaldıranla yollanacaq

Xəbərlər
10 Noyabr 2023 13:04
215
Azərbaycan dünya çempionatına 1 ağırlıqqaldıranla yollanacaq

Noyabrın 15-də Meksikanın Qvadalaxara şəhərində ağırlıqqaldırma üzrə gənclərin dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, 8 gün davam edəcək mundialda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında Əli Şükürov (109 kq) podiuma çıxacaq.

79 kq-da Ravin Alməmmədov və Murad Əliyevin yarışda iştirakı gözlənilsə də, zədələndikləri üçün dünya çempionatına yollana bilməyiblər.

Emin Ağa

İdman.biz