Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) yeni prezidenti Kamran Nəbizadə Ağır Atletika Mərkəzində olub.
İdman.biz saytı xəbər verir ki, federasiya rəhbəri yığma komandalarımızın təlim-məşq bazasına baxış keçirib.
Kamran Nəbizadə burada yaradılan şəraitlə tanış olub, məşq və yarış zalı, tibb, tədris, istirahət və digər otaqları gəzib, maddi-texniki təminatın vəziyyətini öyrənib, onun yaxşılaşdırılması barədə fikir mübadiləsi aparıb, rəy və təkliflərini verib. Federasiya prezidenti idmançıların yüksək nailiyyətlər qazanması üçün onlara ən yaxşı şəraitin yaradılmasının vacibliyini vurğulayıb.
İdman.biz