Gənc ağırlıqqalrıdanlar arasında Azərbaycan birinciliyinin keçiriləcəyi tarix dəqiqləşib.
Federasiyanın mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, yarış oktyabrın 5-6-da Şüvalanda Ağır Atletika Arenasında təşkil olunacaq.
Birincilikdə ölkənin bütün regionlarından 100-ə yaxın idmançı çıxış edəcək.
Azərbaycan birinciliyinin keçirilməsində əsas məqsəd milli komandalar üçün perspektivli idmançıların seçilməsi olacaq.
Emin Ağa
İdman.biz