Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışlarına yekun vurulub.
Azərbaycanın oğlanlardan ibarət millisi Belarusa 3:1 hesabı ilə uduzub.
Birinci yerə Rusiya, ikinci yerə Belarus çıxıb, üçüncü isə Özbəkistan olub.
Daha öncə qızlardan ibarət komandalar arasında mükafatçılar müəyyənləşib. Rusiya yığması birinci, Belarus ikinci, Azərbaycan isə üçüncü yerə sahib çıxıb.