III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında qaliblər müəyyənləşib.
İdman.biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən bürünc medal qarşılaşmasında Azərbaycan və Özbəkistan yığma komandaları üz-üzə gəlib.
Oyun 3:1 hesabı ilə Azərbaycan millisinin xeyrinə yekunlaşıb və komandamız yarışın bürünc medalını qazanıb.
Ardınca qızıl medal uğrunda Rusiya və Belarus komandaları qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Rusiya yığması qızıl, Belarus isə gümüş medal əldə edib.
Oyun nəticələri:
Bürünc medal oyunu: Azərbaycan - Özbəkistan 3:1 (24:26, 25:20, 25:16, 25:22)
Final: Belarus - Rusiya 0:3 (15:25, 10:25, 19:25)
Yarışın yekun sıralaması:
1. Rusiya
2. Belarus
3. Azərbaycan