Donald Tramp "US Open"in finalına yatıb - FOTO

Xəbərlər
9 Sentyabr 2025 06:26
60
Donald Tramp "US Open"in finalına yatıb - FOTO

ABŞ prezidenti Donald Tramp "US Open 2025"in italiyalı Yannik Sinner və ispaniyalı Karlos Alkaras arasında keçirilən finalına baxarkən yuxulayıb.

İdman.biz bildirir ki, finalda 22 yaşlı Alkaras 6-2, 3-6, 6-1, 6-4 hesablı qələbə qazanıb.

ABŞ prezidentinin turnirə gəlişi ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görüldüyü üçün qarşılaşma 40 dəqiqə gec başlayıb.

Tramp 2015-ci ildən bəri ilk dəfə "US Open"də tamaşaçı qismində iştirak edib.

İdman.biz