Karlos Alkaras inamla US Open-in finalına doğru irəliləyir

Xəbərlər
3 Sentyabr 2025 03:12
43
Karlos Alkaras inamla US Open-in finalına doğru irəliləyir

Beşqat "Böyük Dəbilqə" çempionu, dünyanın 2 nömrəli raketkası, ispan tennisçi Karlos Alkaras keçirdiyi son 36 oyunun 35-də qalib gəlib. Sonuncu olaraq o, US Open 2025-də 1/4 finalda çex İrji Leqeckanı 6:4, 6:2, 6:4 hesabı ilə məğlub edib.

US Open 2025-in yarımfinalında Alkaras Novak Cokoviç (Serbiya) - Teylor Frits (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.

US Open avqustun 28-də start götürüb və sentyabrın 7-dək davam edəcək. Hazırkı çempion dünyanın 1 nömrəli raketkası italiyalı Yannik Sinnerdir. Keçən ilki finalda o, amerikalı Teylor Fritsə qalib gəlib.