Naomi Osakanın Paris-2024-də iştirakı təsdiqlənib

Xəbərlər
14 İyun 2024 14:41
114
Naomi Osakanın Paris-2024-də iştirakı təsdiqlənib

“Böyük dəbilqə” turnirlərinin dördqat çempionu Naomi Osaka Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

İdman.biz xəbər verir ki, bunu Yaponiya Tennis Assosiasiyası təsdiqləyib.

Dünyanın sabiq birinci raketkası ikinci dəfə Olimpiadada iştirak edəcək. 26 yaşlı tennisçi açılış mərasimində stadiondakı olimpiya məşəlini yandırdığı Tokio-2020-də 9-cu yeri tutub. Naomi hazırda dünya reytinqində 125-ci olsa da, “Böyük dəbilqə” turnirlərinin sabiq çempionu kimi Paris-2024-ə xüsusi lisenziya əldə edib.

Qeyd edək ki, Paris-2024-də qadın tennisçilərin fərdi yarışları iyulun 27-də başlayacaq.

İdman.biz