Sabalenka Torontoda sensasiyalı məğlubiyyətlə üzləşdi - FOTO

9 Avqust 2026 13:32
179
Sabalenka Torontoda sensasiyalı məğlubiyyətlə üzləşdi - FOTO

Belaruslu tennisçi Arina Sabalenka Torontoda keçirilən Kanada Açıq turnirində mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, dünya reytinqinin lideri dördüncü mərhələdə rusiyalı Yekaterina Aleksandrova ilə qarşılaşıb. Gərgin keçən görüş 2 saat 29 dəqiqə davam edib və Aleksandrovanın 7:6, 4:6, 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Sabalenka həlledici setdə müqavimət göstərərək iki matç xalını xilas edib. Lakin üçüncü matç xalında qoşa səhvə yol verən belaruslu tennisçi turnirlə vidalaşıb.

Bu nəticə Sabalenka üçün ABŞ Açıq çempionatı öncəsi ciddi uğursuzluq hesab olunur. Dördqat “Böyük Dəbilqə” qalibi olan tennisçi sərt örtüklü kortlarda mövsümün əsas turnirlərindən birinə hazırlaşır.

Aleksandrova isə 1/4 finalda Elina Svitolina ilə qarşılaşacaq. Ukraynalı tennisçi əvvəlki mərhələdə Amanda Anisimovanı məğlub edib.

İdman.Biz