22-qat “Böyük Dəbilqə” çempionu və dünyanın keçmiş birinci raketkası, ispan tennisçi Rafael Nadal əlində əməliyyatı keçirdiyini açıqlayaraq maraqlı bir status paylaşıb.
İdman.Biz bildirir ki, Nadal 2024-cü ilin oktyabrında karyerasını başa vurduğunu açıqlayıb.
Nadal əli sarıqlı vəziyyətdə şəklini paylaşaraq, fotoya “görünür, 2026-cı ildə Avstraliya Açıq Çempionatında oynaya bilməyəcəyəm. Uzun müddətdir davam edən problemə görə əlimdə əməliyyat keçirtməli oldum, amma ümid edirəm ki, tezliklə hər şey yaxşı olacaq”, şərhini yazıb.
İspaniyalı tennisçi tək yarışlarda 92 dəfə titul qazanıb. Bunların içərisində 22 “Böyük Dəbilqə” və 36 “Masters” turniri var.
