Dördqat “Böyük Dəbilqə” çempionu, dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka transgender oyunçuların qadın tennisində iştirakına qarşı olduğunu bildirib.
İdman.Biz bildirir ki, 28 dekabrda Arina Sabalenka və Nik Kirgios “Cinslərin döyüşü” adlı nümayiş matçı keçirəcəklər. Matç BƏƏ-nin Dubay şəhərində keçiriləcək.
“Bu, çətin məsələdir və mən onlara qarşı heç bir etirazım yoxdur, amma yenə də düşünürəm ki, onlar qadınlarla müqayisədə böyük üstünlüyə malikdirlər. Düşünürəm ki, qadınların bioloji kişi ilə rəqabət aparması ədalətsizdir. Qadınlar bütün həyatlarını öz hədlərinə çatmaq üçün çalışırlar və sonra bioloji cəhətdən daha güclü olan kişi ilə qarşılaşmalı olurlar. Mən bu cür şeylərlə razı deyiləm”", - Sabalenka Pirs Morqana verdiyi müsahibədə deyib.
