Arina Sabalenka WTA yekun çempionatında ikinci qələbəsini qazanıb

Xəbərlər
4 Noyabr 2025 23:17
36
Arina Sabalenka WTA yekun çempionatında ikinci qələbəsini qazanıb

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka WTA yekun çempionatında amerikalı Cessika Pequlanı (beşinci raketka) 6-4, 2-6, 6-3 hesabları ilə məğlub edib.

İdman.Biz bildirir ki, qarşılaşma 2 saat 3 dəqiqə davam edib.

Pequla üzərindəki bu qələbə Sabalenkanın 2025-ci il WTA Finalındakı ikinci qalibiyyəti olub. Sabalenka Steffi Qrafın qrupundakı liderliyini möhkəmləndirib.

Sabalenka və Pequla ilə birlikdə Kori Qauff da pley-offdakı yerini qoruyub. İtalyan Jasmin Paolini öz qrupunda dördüncü yeri tutub.

İdman.Biz