Parisdəki “Masters” turnirinin finalçıları məlum olub

Xəbərlər
1 Noyabr 2025 22:58
35
Parisdəki “Masters” turnirinin finalçıları məlum olub

Fransanın Paris şəhərində keçirilən “Masters” turnirinin yarımfinal oyunları başa çatıb.

İdman.Biz xəbər verir ki, finalda dünyanın doqquzuncu raketkası kanadalı Feliks Oje-Alyassimlə ikinci raketka italiyalı Yannik Sinner qarşılaşacaq.

Titul uğrunda görüş sabah, noyabrın 2-də keçiriləcək.

Hər iki yarımfinal matçı iki setdə başa çatıb. Oje-Alyassim qazaxıstanlı Aleksandr Bubliki 7:6, 7:3 məğlub edib, Sinner isə almaniyalı Aleksandr Zverevi 6:0, 6:1 hesabları ilə üstün olub.

Parisdəki “Masters” turniri 27 oktyabr - 2 noyabr tarixləri arasında davam edir. Keçən il turnirin qalibi almaniyalı tennisçi Aleksandr Zverev olub.

İdman.Biz