Altıqat “Böyük Dəbilqə” çempionu və dünyanın birinci raketkası, ispan tennisçi Karlos Alkaras Fransada “Paris Masters” turnirinin üçüncü raunduna vəsiqə qazana bilməyib.
İdman.Biz bildirir ki, o, ikinci raundda britaniyalı Kameron Norriyə (reytinqdə 31-ci yerdədir) 6:4, 3:6, 4:6 hesabı ilə məğlub olub.
Qarşılaşma 2 saat 22 dəqiqə davam edib.
İndi Norri dörddəbir finala vəsiqə uğrunda Valentin Vaşero (Monako) və Artur Rinderkneş (Fransa) arasındakı görüşün qalibi ilə qarşılaşacaq.
