Kasper Ruud Stokholm turnirinin finalında Uqo Umberi məğlub edib

Xəbərlər
19 Oktyabr 2025 23:10
46
Kasper Ruud Stokholm turnirinin finalında Uqo Umberi məğlub edib

Norveçli tennisçi Kasper Ruud Stokholm turnirinin finalında fransalı Uqo Umberi məğlub edib.

İdman.Biz xəbər verir ki, 6:2, 6:3 hesabı ilə yekunlaşan görüş 1 saat 8 dəqiqə davam edib.

26 yaşlı norveçli bu qələbə ilə karyerasında ATP turnirlərində 14-cü, cari ildə isə ikinci titulunu qazanıb.

Qeyd edək ki, turnirin mükafat fondu 706 850 avro olub.

İdman.Biz