Monakolu tennisçi Djokoviç üzərində qələbə qazandı, karyerasının rekordunu qırdı - VİDEO

Xəbərlər
11 Oktyabr 2025 16:00
60
Monakolu tennisçi Djokoviç üzərində qələbə qazandı, karyerasının rekordunu qırdı - VİDEO

Şanxay tennis turnirində 26 yaşlı monakolu tennisçi Valentin Vaşero finala yüksəlib.

İdman.Biz xəbər verir ki, o, yarımfinalda 24 dəfə “Böyük Dəbilqə” qalibi Novak Djokoviçi 3:6, 4:6 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Vaşero karyerası ərzində topladığı məbləğdən daha çox - 598 min dollar (təxminən 1 016 600 AZN) qazanıb.

Vaşero həmçinin “Masters” tarixində ən aşağı reytinqli finalçı olub. Bu nəticə sayəsində o, ATP reytinqində 204-cü yerdən 58-ci yerə yüksələcək.

İdman.Biz