Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərinə yollanıb.
İdman.biz xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma Qran-prinin final mərhələsində mübarizə aparacaq.
Komandamızın heyətində Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yer alıb.
Qeyd edək ki, parataekvondoçularımız K-44 kateqoriyasında mübarizəyə qoşulacaqlar.
İdman.biz