Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Xəbərlər
11 Dekabr 2023 10:59
218
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, 46 kq çəkidə mübarizə aparan yığma üzvü Rumıniyanın paytaxtı Buxarestdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Giulia Qalero (İtaliya) və Melina Georgiouya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçumuz bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatında 3-cü yeri tutub.

İdman.biz