Taekvondo üzrə yarışda böyüklərdən 7 nəfər, gənclərdən isə 13 idmançımız iştirak edib.
İdman.biz xəbər verir ki, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılama mərasimində gənclərdən ibarət milli komandanın baş məşqçisi Mamed Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Baş məşqçi bildirib ki, ilk dəfə olaraq taekvondo üzrə olimpiya çəki dərəcəsində qızıl medal qazanılıb: "Təbii ki, bu, hər birimizin uğurudur. Bütün idmançılarımız yaxşı nəticə əldə etdilər. Bu münasibətlə Azərbaycan Taekvondo Federasiyasını təbrik edirəm".
İdman.biz