Stolüstü tennisçimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Xəbərlər
1 Dekabr 2023 12:14
Stolüstü tennisçimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Rusiyanın Sankt-Peterburq şəhərində stolüstü tennis üzrə Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Onur Quluzadə yarışı 2-ci yerdə başa vurub.

O, 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medala layiq görülüb. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Onur 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib. Həlledici oyunda isə stolüstü tennisçimiz özündən bir yaş böyük rəqibinə uduzub.

Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.

İdman.biz