Azərbaycanlı hakim Qazaxıstanda xüsusi mükafata layiq görülüb

Xəbərlər
13 Noyabr 2023 15:36
268
Azərbaycanlı hakim Qazaxıstanda xüsusi mükafata layiq görülüb

Stolüstü tennis üzrə beynəlxalq dərəcəli referi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

İdman.biz xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən ll Türk Dövlətləri Universiadasının “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.

2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan ədalət təmsilçisi Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi yarışlarda iş başında olub.

Təcrübəli referi, həmçinin Avropa Çempionlar Liqasının final görüşünə də baş hakimlik edib.

İdman.biz