Onur Quluzadə Çinə yollanıb

Xəbərlər
11 Noyabr 2023 14:10
253
Onur Quluzadə Çinə yollanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ustalıq səviyyəsinin artırılması məqsədi ilə daha bir beynəlxalq toplanışda iştirak edəcək.

İdman.biz xəbər verir ki, o, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çinin “Hebei Zhenqdinq Stolüstü Tennis Təlim Bazası”nda hazırlıq prosesi keçəcək.

Millinin üzvü ardınca noyabrın 28-dən dekabrın 3-dək Sankt-Peterburqda keçiriləcək beynəlxalq yarışa qatılacaq.

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə mütəmadi olaraq beynəlxalq təlim-məşq toplanışlarına dəvət alır.

İdman.biz