Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 8 mükafat qazanıblar

Xəbərlər
29 Oktyabr 2023 21:06
278
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 8 mükafat qazanıblar

Latviyanın paytaxtı Riqada “Riga City Council's Youth Cup” turnirinə yekun vurulub.

İdman.biz-in məlumatına görə, Azərbaycan yığması beynəlxalq yarışı 8 mükafatla başa vurub.

Yarışın son günündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yasadək idmançılar arasında bürünc mükafat qazanıblar. Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb.

Qeyd edək ki, turnirin ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə ilə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxıb.

İdman.biz