Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində iştirak edirlər.
İdman.biz-in məlumatına görə, Azərbaycan idmançıları yarışın ikinci günündə daha iki mükafat qazanıblar.
Mübarizəyə qatılan Aylin Əsgərova fəxri kürsünün birinci, Adil Əhmədzadə isə ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, yarışın ilk günündə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxmısdı. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.
İdman.biz