Bu gün stolüstü tennis üzrə Azərbaycan kuboku start götürüb.
İdman.biz xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda 2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançılar mübarizə aparırlar.
İştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstərəcəklər.
Yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği və kütləviliyinin təmin olunması, güclü və perspektivli idmançıların üzə çıxarılması ilə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətinin müəyyənləşdirilməsi və idmançıların hazırlıq potensialının artırılmasıdır.
Ölkə kubokuna dekabrın 9-da yekun vurulacaq.
İdman.biz