Fərid Qayıbov Avropa Su İdmanı Federasiyasının prezidentini qəbul edib - FOTO

Xəbərlər
22 Sentyabr 2025 17:41
56
Fərid Qayıbov Avropa Su İdmanı Federasiyasının prezidentini qəbul edib - FOTO

Sentyabrın 22-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silvanı qəbul edib.

İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir bu gün Avropa Su İdmanı Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan İdman Akademiyası arasında imzalanan memorandumun su idman növlərinin inkişafına dəstək olacağına əminliyini ifadə edib.

Görüşdə Avropa Su İdmanı Federasiyası ilə əməkdaşlıq perspektivləri, üzgüçülük idmanının inkişafı və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və federasiyanın baş katibi Oqtay Atayev iştirak ediblər.

İdman.biz