“Biz Assambleyada 2026-27-ci illərdə Avropa çempionatının harada keçirilməsi ilə bağlı qərarını verəcəyik. Azərbaycan Atıcılıq Federasiyasına bizə yaratdığı bu cür şərait üçün təşəkkürümü bildirirəm. Bunda yaxşı təşkilatçılıq ola bilməzdi”.
İdman.biz xəbər verir ki, bunu Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasından öncə jurnalistlərin suallarını cavablandıran Avropa Atıcılıq Konfederasiyasının prezidenti Aleksander Ratner deyib.
O bildirib ki, Azərbaycan Atıcılıq Federasiyasının istəyi olarsa, Avropa çempionatının Bakıda keçirilməsinin mümkündür: “Ümid edirəm ki, bizim Assambleyanın işi də pozitiv yekunlaşar. Hamı Bakıdan yenidən bura qayıtmaq istəyi ilə ayrılar. Gələn illərin proqramı artıq doludur. Biz Azərbaycanda Avropa Oyunlarını, dünya çempionatını izləmişik. Kompleksin strukturuna çox yaxşı bələdik. Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi hər zaman qərarlarımıza dəstək verib. Əgər federasiya ilə yenidən razılığa gəlsək, Avropa çempionatını da Bakıda keçirəcəyik. İdmançılar Bakıya səfər etməyi çox sevirlər. Burda hər zaman yüksək təşkilatçılıq olur”.
Qeyd edək ki, Avropa Atıcılıq Konfederasiyasının Assambleyaları hər 2 ildən 1 keçirilir.
Emin Ağa
İdman.biz