Snayperlərimiz hədəf önünə keçir

Xəbərlər
2 May 2024 10:00
Snayperlərimiz hədəf önünə keçir

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda mübarizəyə bu gün start veriləcək.

İdman.biz xəbər verir ki, dünən qeyri-rəsmi məşqlərlə başlayan turnirin ikinci günündə yalnız bir növdə təsnifat mərhələsi başlayacaq.

Pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışlarında qarışıq komandalar mübarizəyə start verəcək. Azərbaycanın iki cütlüyü final mərhələsinə yüksəlməyə çalışacaq. Nigar Nəsirova ilə Ruslan Lunyov, Leyli Əliyeva ilə Vladislav Kalmıkov hədəf önünə keçəcəklər.

Ümumilikdə isə 28 cüt yarışa qatılacaq. Təsnifat mərhələsi saat 15:15-də başlayacaq. Bu növdə final mərhələsi sabah keçiriləcək. Dünya kubokunun ilk mükafatçıları saat 9:30-da start götürən yarışda bəlli olacaq.

Qeyd edək ki, bu gün müxtəlif növlərdə qeyri-rəsmi və yarışöncəsi məşqlər baş tutacaq.

İdman.biz

Məqalədə: