Nigar Nəsirova-Ruslan Lunyov tandemi Dortmundda qızıl qazanıb

Xəbərlər
18 Mart 2024 20:16
214
Nigar Nəsirova-Ruslan Lunyov tandemi Dortmundda qızıl qazanıb

Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə beynəlxalq turnirə start verilib.

İdman.biz xəbər ki, Azərbaycan atıcıları qarışıq komanda yarışlarında fəxri kürsüyə yüksəliblər.

10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada Nigar Nəsirova-Ruslan Lunyov tandemi qızıl medal, Xanna Əliyeva və Elvin Astanov isə 2-ci yeri tutaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş medal əldə edib.

İdman.biz