Paris-2024: Rzazadə və Nurmaqomedov mübarizəni dayandırıb - FOTO

Xəbərlər
8 Avqust 2024 20:51
2 739
Paris-2024: Rzazadə və Nurmaqomedov mübarizəni dayandırıb - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi start götürüb.

İlk gündə iki çəkidə qarşılaşmalar başlayıb. Hər iki kateqoriyada təmsil olunan Azərbaycan millisinin idmançıları mübarizəni erkən başa vurublar.

Sərbəst güləş
57 kq
1/8 final

Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayıb. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının startda Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə güləşib. Görüş rəqibin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb. Abdullayev yarımfinalda uduzduğu üçün güləşçimiz Olimpiada ilə vidalaşıb.

86 kq
Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxıb. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gəlib. Qarşılaşmada idmançımız 11:2 hesabı ilə qalib gəlib. Nurmaqomedov 1/4 finalda Maylz Aminlə (San Marino) gücünü yoxlayıb. Təmsilçimiz bu dəfə 14:16 hesablı məğlubiyyətə üzülüb. Amin isə növbəti görüşündə uduzduğundan Nurmaqomedov da Paris-2024-də çıxışını bitirib.

Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.

İdman.biz