Paris-2024: Ramil Vəlizadə 25-ci yeri tutub - FOTO

30 İyul 2024 13:21
807
Paris-2024: Ramil Vəlizadə 25-ci yeri tutub - FOTO

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, 200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsini adlaya bilməyib.

Buna onun yekun nəticəsi səbəb olub. Məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edən üzgüçümüz 27 iştirakçı arasında 25-ci olub, bir idmançı isə yarışa qatılmayıb. Yarımfinala 16 ən yaxşı idmançı yüksəldiyi üçün Ramil mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, təsnifatda ən yaxşı nəticəni macarıstanlı olimpiya rekordçusu Kşiştof Milak göstərib - 1 dəqiqə 53,92 saniyə.

İdman.biz