Paris-2024: Vəlizadə 2-ci olub, yekunu gözləyir - FOTO - VİDEO

Xəbərlər
30 İyul 2024 13:03
1 300
Paris-2024: Vəlizadə 2-ci olub, yekunu gözləyir - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarının üzgüçülük yarışları davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan üzgüçüsü Ramil Vəlizadə mübarizəyə qoşulub.

200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsində 1-ci qrupda çıxış edib. O, dörd iştirakçı arasında 2-ci olub.

Vəlizadə məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib. Matin Balsini (Qaçqınların Olimpiya Komandası) və Gerald Ernandesi (Nikaraqua) qabaqlayan üzgüçümüz Petar Petrov Mitsindən (Bolqarıstan) geri qalıb.

İdmançımızın taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək. Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.

Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə yarımfinal mərhələsi də bu gün keçiriləcək. Bu raunda Bakı vaxtı ilə 22:42-də start veriləcək.

İdman.biz