Paris-2024: Heydərovun potensial rəqibi yarışa buraxılmayıb - SƏBƏB

29 İyul 2024 09:52
1 974
Paris-2024: Heydərovun potensial rəqibi yarışa buraxılmayıb - SƏBƏB

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərovun ikinci mərhələdə potensial rəqibi Messud Dris yarışa buraxılmayıb.

İdman.biz xəbər verir ki, buna əlcəzairli idmançının çəki prosesində 73 kq-dan çox olması səbəb olub.

Nəticədə onun qarşılaşmalı olduğu israilli Tohar Bitbul döyüşsüz mərhələ adlayıb və 1/8 finalda Hidayətə rəqib olub.

İsrail Milli Olimpiya Komitəsi isə Drisin hərəkətlərini məqsədyönlü adlandırıb.

Qeyd edək ki, Olimpiadada cüdo üzrə yarışlar saat 12:00-da başlayacaq.

İdman.biz