“Bu, mənim ikinci Olimpiadam olacaq”.
İdman.biz xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri millisinin idmançısı Darya Sorokina deyib.
Olimpiyaçımız Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində Paris-2024-dən gözləntilərini açıqlayıb: “Hisslərimi sözlə ifadə etmək mümkün deyil. Bu, mənim xəyalım idi. Hədəf və xəyalıma yaxınlaşdığımı, ona çatdığımı hiss edirəm. Hər bir idmançının böyük hədəfi Olimpiadadır. Artıq yalnız Parisdə ölkəmizi layiqincə təmsil etmək qalır. Öz üzərimizdə çox çalışmalıyıq. Məşqçini dinləmək, nəticələr çıxarmaq və çox işləməyi bacarmaq lazımdır. Olimpiya medalı qazanan ilk Azərbaycan gimnastları olmağımızı istəyirəm”.
Qeyd edək ki, qrup hərəkətləri komandamızda Ləman Əlimuradova, Zeynəb Hümmətov, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina çıxış edəcək.
İdman.biz