Paris-2024: Rekord və revanş

25 İyul 2024 16:18
552
Paris-2024: Rekord və revanş

Azərbaycan tarixində ikinci dəfə Olimpiadanın kamandan oxatma yarışında təmsil olunur.

İdman.biz xəbər verir ki, Paris-2024-də mübarizəyə başlayan Yaylagül Ramazanovaya qədər Olqa Senyuk ölkəmizi Olimpiadada təmsil edib.

Rio-2016-da iştirak edən sonuncu sıralama turunda 37-ci olub. Yaylagül ondan 2 pillə geri qalaraq 39-cu yerlə kifayətlənib.

Amma Ramazanova xal hesabında ölkəmizin Olimpiadalardakı ən yaxşı nəticəsinə imza atıb. Onun rekordu 647-yə bərabərdir. Olqa cəmi 623 xal toplayıb.

Ramazanova 23, Senyuk isə 15 onxallıq atışa nail olub. Paris-2024-də 6, Rio-2016-da 7 dəfə ox hədəfin düz mərkəzinə düşüb.

Maraqlıdır ki, hər iki təmsilçimizin 1/32 finalda bəxtinə çinli düşüb. Olqanın rəqibi Tsao Huey olub. Asiyalı 7:1 (28:23, 25:25, 24:23, 27:26) hesablı qələbəyə sevinib.

Azərbaycanın Çindən revanş almaq şansı Ramazanovaya nəsib olub. O, 1/16 finala yüksəlmək üçün Qixuan Ana qalib gəlməlidir.

Qeyd edək ki, Ramazanova ilə An arasında görüş iyulun 30-da baş tutacaq.

İdman.biz