Sona Ağayeva Heraklionda gümüş medal qazanıb

Xəbərlər
25 Oktyabr 2023 17:33
341
Sona Ağayeva Heraklionda gümüş medal qazanıb

Yunanıstanın Heraklion şəhərində "World Boccia Challenger 2023" yarışı keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi turnirdə ilk medalını rəsmiləşdirib.

Boccia idman növü üzrə BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva gümüş medal qazanıb.

Qeyd edək ki, yarış oktyabrın 28-də başa çatacaq.

İdman.biz