Paratakvondoçumuz Qran-prinin qalibi olub

Xəbərlər
9 Oktyabr 2023 17:26
316
Paratakvondoçumuz Qran-prinin qalibi olub

Azərbaycan paratakvondoçusu Əbülfəz Abuzərli Qran-prinin qalibi olub.

İdman.biz xəbər verir ki, 80 kq çəkidə, K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü Çinin Tayyuan şəhərində keçirilən Qran-pridə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün rəqiblərinə qalib gələn Abuzərli qızıl medala yiyələnib və Azərbaycan himnini səsləndirib.

İdman.biz