İlham Zəkiyev Bakıda keçirilən Qran-pri yarışını buraxacaq

Xəbərlər
26 Sentyabr 2023 15:52
345
İlham Zəkiyev Bakıda keçirilən Qran-pri yarışını buraxacaq

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev bu gün Milli Gimnastika Arenasında başlayan Qran-pri turnirini buraxacaq.

İdman.biz xəbər verir ki, buna məşhur paracüdoçunun qısa müddətdə iki böyük yarışda iştirakı səbəb olub.

O, əvvəlcə Avropa çempionatında mübarizə apararaq, gümüş medal əldə edib. Zəkiyev ardınca Birminhemdə keçirilən Dünya Oyunlarının final mərhələsində mübarizə aparıb. Buna görə də həkimlər dünya reytinqində liderlər arasında yer alan paracüdoçuya lazımi qaydada sağalmaq və Paralimpiadaya daha yaxşı hazırlaşmaq üçün ev turnirini buraxmağı məsləhət görüblər.

Qeyd edək ki, Qran-pridə mübarizə aparacaq idmançılar Paralimpiya Yay Oyunlarına lisenziya xalları qazanacaqlar.

İdman.biz