Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, avqustun 25-31-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Kayak və kanoe üzrə dünya çempionatı – 20-25 avqust (İtaliya, Milan);
🔹 Basketbol üzrə qızlar arasında “FİBA U16” Avropa çempionatı (Divizion B – 20-29 avqust (Türkiyə, İstanbul);
🔹 Badminton üzrə “Total Energies BWF World Championships 2025” – 25-31 avqust (Fransa, Paris);
🔹 ISU yeniyetmələr üzrə Qran-Pri – 27-30 avqust (Türkiyə, Ankara);
🔹 Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında dünya çempionatı – 27-31 avqust (Bolqarıstan,
Sofiya);
🔹 Kişi idman gimnastikası üzrə beynəlxalq turnir – 27-31 avqust (Rumıniya, Buxarest);
🔹 Alpinizm üzrə gənclər arasında Avropa çempionatı (çətinlik, sürət) – 28-31 avqust (Slovakiya, Zilina);
🔹 “Yelkən Optimist” sinfi üzrə hazırlıq düşərgəsi və “Suleymanpasa Cup” Kuboku – 29 avqust-5 sentyabr (Türkiyə, Tekirdağ);
🔹 Uşu üzrə XVII dünya çempionatı – 31 avqust-7 sentyabr (Braziliya).
İdman.biz