Universiadada ilk medala doğru

Xəbərlər
18 İyul 2025 09:46
60
Universiadada ilk medala doğru

Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada mübarizəni davam etdirir.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün bədii gimnastika, tennis, stolüstü tennis və üzgüçülük üzrə yarışlar keçiriləcək.

Çoxnövçülüкdə ilk gündən sonra qrup yarışında Azərbaycan komandası liderdir. Bu gün Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət komanda üç top və iki halqa ilə çıxış edəcək.

Fərdi çoxnövçülükdə isə İlona Zeynalova və Kamilla Seyidzadə çıxışına davam edəcək. Onlar gürz və lentlə kompozisiyalar nümayiş etdirəcəklər.

Stolüstü tennisdə qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Xədicə Əbilzadə, Nigar Mahmudova, Səbinə Məmmədova və Zemfira Mikayılovadan ibarət qadınlardan ibarət yığmamız ABŞ-la qarşılaşacaq.
Amin Oruczadə, Nihad Səmədzadə və Tural Mirzəyevin yer aldığı kişilərdən ibarət yığma isə Çili ilə qüvvəsini sınayacaq.

Tennisçi Kənan Qasımov Universiadada ilk görüşünü keçirəcək. Onun rəqibi Trevor Solomon Kazibve (Uqanda) olacaq.

Üzgüçülük yarışlarında Fatimə Alkərəmova 400 metr məsafəyə mikst üsulla yarışacaq. 100 metr məsafəyə arxası üstə üzmə yarışında Nihad Yusubov və Rəşad Əliquliyev çıxış edəcəklər. Səid Həmidov isə 200 metr məsafəyə mikst üsulu ilə üzəcək.

İdman.biz

Məqalədə: