Universiadada 12 min könüllü

Xəbərlər
16 İyul 2025 18:26
55
Universiadada 12 min könüllü

Bu gün Almaniyanın Reyn-Rur regionunda start götürəcək Universiadada 12 mindən çox könüllü fəaliyyət göstərəcək.

İdman.biz xəbər verir ki, bu rəqəmləri yarışın təşkilatçıları açıqlayıb.

Könüllülük proqramının şüarı isə belədir: “Sənsiz oyunlar olmayacaq!”

Təşkilatçılar həmçinin xüsusi qayğıya ehtiyacı olan şəxsləri də könüllü fəaliyyətə cəlb ediblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin də qatıldığı Universiada Almaniyanın altı şəhərində keçiriləcək.

İdman.biz

Məqalədə: