Altıağacda 12 kilometrlik marşrut üzrə yürüş təşkil edilib

Xəbərlər
8 İyun 2025 20:55
51
Altıağacda 12 kilometrlik marşrut üzrə yürüş təşkil edilib

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Altıağac Milli Təbiət Qoruğunda piyada yürüş (hiking) tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə 50 nəfər iştirakçı 12 kilometrlik marşrut üzrə yürüş edərək Altıağacın füsunkar təbiətini kəşf ediblər.

Gözəl hava şəraiti və tətil gününün yaratdığı imkanlar sayəsində iştirakçılar həm dincəlib, həm də fiziki aktivlik və ekoloji şüurluluq yönündə faydalı bir gün yaşayıblar.

Yürüşün məqsədi sağlam həyat tərzinin təşviqi, təbiətə marağın artırılması olub. Tədbir iştirakçılarına yürüşdən öncə təhlükəsizlik və dağlıq ərazilərdə davranış qaydaları izah edilib.

Azərbaycan Alpinizm Federasiyası gələcəkdə də bayram günlərində və həftəsonlarında bu kimi maarifləndirici yürüşlərin davam etdiriləcəyini bildirib.

İdman.biz