Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin mükafatlandırma mərasimi keçirilib - FOTO - VİDEO

Xəbərlər
6 May 2025 19:03
67
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin mükafatlandırma mərasimi keçirilib - FOTO - VİDEO

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, əvvəlcə turnirdə fərqlənən oyunçulara xüsusi mükafatlar təqdim olunub.

Daha sonra turnirin qalibi Ədliyyə Nazirliyinin komandasına qızıl, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisinə gümüş, Daxili İşlər Nazirliyinin oyunçularına isə bürünc medallarla mükafatlandırılıb.

Qaliblərə mükafatları Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim ediblər.

Bakı Tennis Akademiyasında baş tutan həlledici matçda Ədliyyə Nazirliyinin komandası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivini 3:0 hesabı ilə məğlub edib. Daxili İşlər Nazirliyinin komandası isə üçüncü olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə ümumilikdə 39 kollektiv iştirak edib.

Aytac Sahəd
İdman.biz