Çempion məşqçi: "Biz ardıcıl ikinci dəfə bunu bacardıq"

Xəbərlər
6 May 2025 18:43
26
Çempion məşqçi: "Biz ardıcıl ikinci dəfə bunu bacardıq"

"Qələbəni əzmkarlıq və disiplin sayəsində qazandıq".

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin qalibi olan Ədliyyə Nazirliyinin komandasının baş məşqçisi Nofəl Əsədov deyib.

O, komandanın iki il ardıcıl olaraq turnirin qalibi olduğunu xüsusi vurğulayıb: "Bizim kimi futbolsevərlərə bu cür şərait yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm. Oyunlar çox çətin keçdi. Ancaq biz ardıcıl ikinci dəfə bunu bacardıq. Əzmkarlıq döyüşkənlik sayəsində qalib gələ bildik. Bilirsiniz ki, finala qədər gəlib çıxan komanda zəif ola bilməz. Komandamı qələbə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, Bakı Tennis Akademiyasında baş tutan həlledici matçda Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandaları üz-üzə gəlib.Görüş nazirlik komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aytac Sahəd
İdman.biz