Azərbaycanda keçiriləcək III MDB Oyunlarının məkanları və təqvimi açıqlanıb.
İdman.biz xəbər verir ki, yarışa sentyabrın 28-də start veriləcək.
Oyunlar 12 idman obyektində təşkil olunacaq. Yarışa oktyabrın 8-də yekun vurulacaq.

Gəncə şəhər stadionu
28 sentyabr – Açılış mərasimi
8 oktyabr – Bağlanış mərasimi

Gəncə İdman Sarayı
28 sentyabr-1 oktyabr - Atıcılıq
28 sentyabr-2 oktyabr - Üzgüçülük
1-7 oktyabr - Qılıncoynatma
28 sentyabr-6 oktyabr - Voleybol

Mingəçevir “Kür” Olimpiya Mərkəzi
3-6 oktyabr - Akademik avarçəkmə
3-6 oktyabr – Kanoe
4-6 oktyabr – Karate
27-30 sentyabr - Taekvondo

Gəncə Olimpiya İdman Kompleksi
2-4 oktyabr – Güləş

Gəncə Basketbol Meydanı
4-6 oktyabr – Basketbol 3x3

Göygöl Olimpiya İdman Kompleksi
3-7 oktyabr - Cüdo
27-29 sentyabr – Sambo

Şəki Olimpiya İdman Kompleksi
30 sentyabr-3 oktyabr – Batut gimnastikası
5-8 oktyabr – Bədii gimnastika

Qəbələ Atıcılıq Mərkəzi
2-6 oktyabr – Stend atıcılığı

Qəbələ Olimpiya İdman Kompleksi
2-7 oktyabr - Badminton
26-30 sentyabr - Stolüstü tennis

Xankəndi şəhər stadionu
1-5 oktyabr - Oxatma

Yevlax Olimpiya İdman Kompleksi
28 sentyabr–5 oktyabr - Boks

Qəbələ şəhər stadionu
27 sentyabr-6 oktyabr – Futbol (U-16)

Şəki şəhər stadionu
27 sentyabr–7 oktyabr – Çövkən
Qeyd edək ki, 23 idman növü üzrə 5550-ə yaxın iştirakçı gözlənilir.
Vüqar Xeyrullayev
İdman.biz
