Perunun And dağlarında aşkarlanan nadir bitkiyə argentinalı ulduz Lionel Messinin adı verilib.
İdman.Biz xəbər verir ki, alimlər yeni bitki növünü "Salvia Messii" adlandırıblar. Buna səbəb onun çiçəklərinin açıq mavi və ağ rənglərdə olmasıdır. Bu rənglər Argentina bayrağını xatırladır.
Bitkinin elmi təsviri beynəlxalq "Phytotaxa" jurnalında dərc olunub. Yeni növ Perunun And dağlarında, dəniz səviyyəsindən 2 000-2 400 metr yüksəklikdə, qayalı yamaclarda aşkar edilib.
Alimlərin məlumatına görə, kolun hündürlüyü 1,5 metrə çata bilər. Lakin bitkinin yayılma ərazisi məhduddur. Meşə yanğınları, quraqlıq və insan fəaliyyəti onun mövcudluğunu təhlükə altına alır.
Bu səbəbdən "Salvia Messii" nəsli kəsilmək təhlükəsi altında olan bitkilər sırasına daxil edilib.
