“Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevin iştirakı ilə baş vermiş insidentin bəzi təfərrüatları məlum olub.
İdman.Biz-in əldə etdiyi məlumata görə, hadisə gecə saat 01:00 radələrində Gəncə şəhərində baş verib.
Münaqişə zamanı Veysəl Rzayev sağ böyrəyindən bıçaq xəsarəti alıb.
Əldə etdiyimiz məlumata görə, mübahisə qız üstündə yaranıb. Veysəl Rzayev də həmin dava zamanı hadisəyə qarışıb və bıçaqlanıb. O, sağ böyrəyindən xəsarət alsa da, vəziyyəti ağır qiymətləndirilsə belə, həyatı üçün təhlükə yoxdur.
08:34
Gəncədə futbolçu bıçaqlanıb.
İdman.Biz gencexeber.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Məlumata görə, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Zərərçəkənə təcili tibbi yardım göstərilib, əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur. O, ötən ay qış transfer pəncərəsi dövründə "Turan Tovuz"dan “Kəpəz”ə transfer olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
